Məlumdur ki, 9 saylı Binəqədi ikinci Seçki Dairəsinin tərkibində 38 seçki məntəqəsi var. araz.az bildirir ki, GundemXeber.Az-ın sosial şəbəkələr üzərindən əldə etdiyi məlumata görə, bu  seçki dairəsindən deputat “seçilən” Kəmaləddin Qafarovun xeyrinə total saxtakarlıqlara və ciddi qanun pozuntularına yol verilib.
Bu media vasitəsinin apardığı bəzi araşdırmalardan məlum olub ki, qeyri-demokratik şəraitdə keçrilən seçkidə “lal deputat”lar siyahısında olan və bu günə kimi “dərman kralı” deyə tanınan Kəmaləddin Qafarov, ötən illər ərzində parlamentdə hansısa problemlə bağlı çıxışlar etmək əvəzinə, seçkilər ərəfəsində “cibinin ağzı”nı açmaqla məşğul olub. Belə ki, bu şəxs namizədliyini irəli sürdüyü dairənin hər məntəqəsinə 1500 manatdan pul paylayıb. Nəzərə alsaq ki, bu dairədə 38 məntəqə var və hər məntəqəyə 1500 manatdan hesablasaq, ümumi məbləğ 57 000 manat pul təşkil edir. Seçki keçrilən gün belə bir məbləğdə rüşvətin verilməsinin qarşılığında böyük seçki pozuntularına və total saxtakarlığa yol verilib.
Baş verən seçki pozuntuları ilə bağlı video görüntülər də təqdim edilib:

araz.az xəbər portalı.