Bu gün tezdən araz.az-a daxil olan xəbərə görə, ədliyyə nazirinə iki yeni müavin təyin edilib. Bununla əlaqədar daha əvvəlki müavinlər Azər Cəfərov və Vilayət Zahirov işdən çıxarılıblar. Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, keçmiş müavinlərin yerinə Mübariz Əhmədov və Toğrul Hüseynov təyin ediliblər.

Bu yerdə onu da qeyd etmək lazımdır ki, 70 yaşlı A. Cəfərov 12, 66 yaşlı V. Zahirov isə, 20 il idi ki, nazir müavini vəzifələrini tutmuşdular. Baxmayaraq ki, bu yaşlı nazir müavinləri çoxdan işdən çıxarılmalıydılar, lakin onlar tutduqları bu vəzifələrindən indi azad ediliblər.

araz.az xəbər portalı.