Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçiləri, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirak etməyə dəvət edib.
Bu barədə araz.az-a daxil olan xəbərə görə, bu ciddi məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının sentyabrın 9-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov öz sözünü deyib. Onun dediyinə görə, 22, 31, 78 saylı seçki dairələrindən şikayətlər ciddi araşdırılacaq:
“Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən Mərkəzi Seçki Komissiyası buna aydınlıq gətirib qərar verəcək. Qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq”, — MSK sədri bildirib.
araz.az xəbər portalı.