Bundan başqaş Məzahir Pənahovun birbaşa göstərişi ilə araşdırma aparılıb və şikayətim qanuni tədbir görülməsi, yəni Bəxtiyar Əliyevin namizədliyinin ləğvi ilə bağlı məsələnin həlli üçün 119 saylı Ağdam Seçki Dairəsinə göndərilib. Mənı verilmiş rəsmi cavab məktubunun surətini təqdim edirım.
Mən paralel olaraq sentyabrın 5- də MSK sədri Məzahir Mənahova seçki günü yol verilmiş saxtakarlıqlarla bağlı müşahidəçilərimin hamısının şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməklə şikayət yazıb MSK- nın binasında qutuya atmışam. Yəqinki kamera görüntüləri ortadadır. Sonra isə Seçki Məcəlləsinin tələblərini pozaraq dairənin qərarının və 68 məntəqənin protokollarının surətinin mənə təqdim edilməməsi səbəbilə Bakı İnzibati Məhkəməyə və Bakı Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasına iddia vermişəm ki, MSK- nın üzərinə bu öhdəlik qoyulsun. Məhkəmə iddianı faktiki olaraq baxılmamış saxladı ki, M.Pənahovun məlum şikayətimə cavabını gözləyim, cavab verilməsə, təkrar məhkəməyə müraciət edim.
Beləliklə, mən avqustun 21-dən sentyabrın 4- dək ardıcıl olaraq MSK- ya, Baş Prokurorluğa, məhkəmələrə şikayətlər vermişəm. Odur ki, hörmətli Məzahir Pənahovun bu gün mediaya açıqlaması absurddur, həqiqəti əks etdirmir.
M. Pənahovun bu açıqlamasından narahat olan seçicilərimin diqqətinə çatdırıram ki, mən cənab Prezident İlham Əliyevin ədalətli seçki çağırışına könül verərək seçkidə iştirak etmişəm və inanmışam ki, saxtakarlığa yol verilməyəcək. Lakin Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov başda olmaqla, RİH rəsmiləri, onların tapşırığı ilə dairə sədri Sahil Əliyev, eləcə də 68 məntəqənin sədrləri saxtakarlığa cəlb edildilər. Hüquqi müstəvidə mübarizəmiz davam edir. Əgər Ramiz Mehdiyevin Ağdamdan daim deputat etdiyi Bəxtiyar Həmzə oğlu Əliyevin barəsində qanuni tədbir görülməsə, icra başçısı və digər rəsmi şəxslərin qansuz hərəkətləri ilə bağlı Cənab Prezident İlham Əliyevə müraciət etməli olacağam”.
Təqdim etdi: Elçin MƏMMƏDLİ.
araz.az xəbər portalı.