Aşağı yaş qrupları üzrə yığma komandalarda çalışan məşqçilərin bir qrupu AFFA mənsubları ilə görüşüb. araz.az xəbər verir ki, onlar Federasiya rəsmilərinə xahişlə müraciət ediblər. Mütəxəssislər milli ilə bərabər, klublarda fəaliyyət göstərmələrinə icazə istəyiblər.
Bildiriblər ki, AFFA-dan aldıqları məvacib yetərli deyil, çünki vergilərin artırılmasından sonra onlardan tutulan məbləğ kifayət qədər çoxdur. Üstəlik, ödənilən qonorarların ümumi miqdarı aşağı salınıb.
araz.az xəbər portalı.