Dövlət Neft Şirkəti (SOCAR) və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin birgə şirkəti “SOCAR-STP” MMC-nin rəhbəri dəyişdirilib. 

araz.az xəbər verir ki, Azad Hüseynov Azər oğlu Hüseynov “SOCAR-STP” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş icraçı direktoru vəzifəsindən ayrılıb. Onu bu vəzifədə Şahin Əbdürrəhim oğlu Teymurxanlı əvəz edib.

Əlavə dəyişikliyə görə, “SOCAR-STP”nin nizamnamə kapitalı 5.18 milyon manat və ya 23.9% artımla 26.84 milyon manata qaldırılıb.

Xatırladaq ki, birgə müəssisə “SOCAR-STP” MMC 2020-ci ilin aprelində təsis edilib və 10 milyon manat nizamnamə kapitalı var. Şirkətin nizamnamə kapitalı SOCAR və STP-yə məxsusdur.

araz.az xəbər portalı.