1.jpg


Yüngül atletika atam və anama yad deyil.

Araz.az xəbər verir ki, bu sözləri azərbaycanlı atlet Belarusun  “Sportpanorama” nəşrinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yüngül atletika ilə məşğul olmaq üçün lazımı şərait olmayıb.

“Hər şey yaxşı olsaydı, biz heç Türkiyəyə getməzdik (gülümsəyir). Şərait çox pis idi. Bizim məşq etdiyimiz manejdə isitmə sistemi yox idi. İkincisi, damı (tavanı???) su buraxırdı, ona görə gölməçənin içində qaçmalı olurduq. Sonradan həmin  bina tikintiya bağlandı. Bu tikinti 3 ilə yaxın davam etdi. Bütün bu müddət ərzində stadionda məşq edirdik.Yağışdada, qardada, küləkdə də”, – deyə atlet bildirib.

“Azərbaycanda inkişaf üçün perspektivlər niyə yox idi (niyə olmayıb???)? Düşünürəm ki, bu sualı daha çox Azərbaycanın yüngül atletika federasiyasının başçısına vermək lazımdır. Məşq etməyə yer tapa bilmədiyimizə görə, vətəndaşlığı dəyişməyə qərar verdik. İkincisi təlim-məşq toplanışlarına getmək olmurdu, üçüncüsü, artıq perspektivlərin olmamasını qeyd etdim. Yəni sənə nəyəsə nail olsan belə, bu heç bir halda qeyd olunmayacaq.

Türkiyəni ona görə seçdim ki, birincisi mentalitetdə yaxınlıq var. İkincisi, çox uzaqa köçməyə ehtiyac yox idi. Türkiyədə tam fərqli münasibət gördüm. Sən idmanla məşğul olursansa və sənin istedadın varsa, bu istedadı inkişaf etdirməyin və uğura nail olmağın üçün hər cür şərait yaradılır. Ədalət naminə deməliyəm ki, bu təkcə idman üçün keçərli deyil. Müğənni, rəssam  olsan, istedadlı və perspektivli olsan da eləcədir, sənə diqqət yetirəcəklər. Dövlət hər cür dəstək olacaq”, – deyə idmançı bildirib. www.oxu.az

araz.az xəbər portalı.