Bredli Jardin:” Hərdən Naxçıvandan azərbaycanlılar buraya ziyarətə gəlirlər…”

169717.jpg

Şotland tədqiqatçı jurnalist Bredli Jardin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Ermənistandakı ata ocağının yeni görüntülərini paylaşıb. 

 
Moderator.az xəbər verir ki,  Ermənistanı gəzən əcnəbi jurnalsit martın 3-də özünün “Tvitter” səhifəsində Heydər Əliyevin ata yurdu, hazırda “Tanaat” adlandırılmış Sisyan rayonunun Comərdli kəndinin  yeni fotolarını  yayıb. Onun sözlərinə görə, ayrıca fotoda göstərilən uçuq divarları qalmış ev mərhum prezidentin ata ocağı olub. Xatırladaq ki, Əlirza kişinin ailəsi 1925-ci ilədək, yəni oğlu Heydər Əliyevin 2 yaşı olanadək bu kənddə yaşayıb.
 
 
Şotland jurnalist yazır ki, kəndin erməni sakinlərinin sözlərinə görə, hərdən Naxçıvandan azərbaycanlılar hərbi sərhədi keçərək Comərdliyə ziyarətə gəlirlər.
 
Oxuculara daha əyani olmaq üçün Comərdli kəndinin “You Tube” kanalındakı 2012 və 2014-cü ilə aid video-görüntülərini də təqdim edirik. 
 
Sultan Laçın  
 
[bt_youtube url=”https://youtu.be/LVv0phEItjE” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
 
[bt_youtube url=”https://youtu.be/eNHl3sWNzrU” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.