İoseb polisin tələbinə tabe olmamaqda ittiham olunur

İş adamı və fəal vətəndaş kimi Gürcüstanda yaxşı tanınan İoseb Babayev Qoridəki istintaq təcridxanasına aparılıb.

araz.az qonşu ölkənin 24News.ge adlı saytına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata əsasən, Babayev polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunur. Məlumata görə, Babayev avtomobillə “Gürcü arzusu”nun seçkiqabağı tədbirinin keçirildiyi və Bidzina İvanişvilinin çıxış etməli olduğu əraziyə keçməyə cəhd edib, bu zaman polislə mübahisə yaranıb nəticədə polis Babayevi həbs edib.

İoseb Babayevin vəkili Lekso Merebaşvili bildirib ki, o, avtomobillə öz restoranına ərzaq aparmağa çalışıb və bu zaman polis ona imkan verməyib. Hazırda isə Babayevin restoranının ərazisinə polis səfərbər olunduğu bildirilir.

 

araz.az xəbər portalı.