2024-cü ilin yanvar-iyun aylarında Gürcüstanda doğulan uşaqların sayı 18 633 nəfər olub. Eyni dövrdə ölkədə 22 265 nəfər dünyasını dəyişib. araz.az xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb. Statistikaya görə, 2024-cü ilin birinci yarısında təbii artım (doğulanların və ölənlərin sayı arasındakı fərq) -3 632 nəfər müəyyən edilib. Təbii artımın müsbət göstəricisi Tbilisidə (478) və Acarıstan Muxtar Respublikasında (621) qeydə alınıb. Nikah və boşanmaların nisbətinə gəlincə, 2024-cü ilin ilk 6 ayında 9924 nikah, 6859 boşanma halı qeydə alınıb. Məlumata əsasən, təkcə 2023-cü ildə Gürcüstandan 163 480 vətəndaş mühacirət edib. Statistikalar da təsdiqləyir ki, vətəndaşlar ölkəni bütün ailələri ilə – azyaşlı uşaqları ilə tərk edirlər. Təkcə 2022-ci ildə 14 yaşa qədər 10 min uşaq ölkəni həmişəlik tərk edib. (www.24news.ge)
araz.az xəbər portalı.