araz.az xəbər verir ki, bu barədə bir-neçə gün əvvəl Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas məlumat yayıb. O, bildirib ki, bu işi görənlər bir qrup azərbaycanlı aktivistdir. Bu gün isə, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, jurnalist Rey Kərimoğlu şəhidlərimizin məqalələrini silənlərin adlarını açıqlayıb:

“Solavirum”, “Grenzsoldat”, “Nemoralis”, “Dr.Wiki54″- bu şifrələrdə gizlənən adlar Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli və Cavid Rəsulzadəyə aiddir”.

Baş verənlərlə bağlı Jurnalist Rey Kərimoğlu sosial şəbəkəsində bu ifadələri işlədib:

“Onlar qaçıb gizlənəndə həmyaşıdları Qarabağda qəhrəmanlıq göstərib, düşmənin başına od ələyib, şəhidliyə yüksəlib, Şuşanı, Xocalını, Xankəndini azad edib. Amma bu Vətənin havasını udan, suyunu içən, çörəyini yeyən Ayxan, Cəlal, Nəriman, Cavid kimi Vikipediya adminləri erməni dairələrinin sifarişləri ilə bu qəhrəman şəhid balalarımıza dair minlərlə məqalələri silib, sonra bir min bəhanə ilə hərəkətlərinə guya haqq qazandırmağa çalışır. Haram olsun! Bəhruz Səmədov kimiləri ermənilərə qucaq açanda onun “Solavirum”, “Grenzsoldat”, “Nemoralis, “Dr.Wiki54” kimi dəstəsi də milli xəyanət yolunda olmalı idi. İndi xəbər alıram ki, Azərbaycanla yanaşı, Türkiyənin Vikipediyasında da azərbaycanlı şəhidlər barədə məlumatlar silinir. Bu bədbəxtlər elə bilir ki, onların adlarını silməklə, tarixi silə biləcəklər. Sentyabr ayı Azərbaycan xalqının qəhrəmanlıq dastanlarının yazıldığı aydır, Vətən müharibəsinin başlaması, “Qisas əməliyyatı”, 19-20 sentyabr antiterror əməliyyatı məhz bu ayda baş verib”.

Qeyd edək ki, bu hadisədən sonra məlumatları silənlərdən biri olan Ayxan Ziyadzadə sosial mediada Vikipediya adminliyindən istefa verdiyini bildirib.

 

araz.az xəbər portalı.