Verilən son xəbərə görə, artıq Bakıdan Sumqayıta yeni marşrut xətti fəaliyyətə başlayıb. Paytaxtın “Azadlıq prospekti” metro stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib. Bu barədə, hətta Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də məlumat yayıb.
Qeyd edək ki, araz.az-ın Sumqayıtda yaşayan 2 nəfər əməkdaşı da, bu yeni marşrutdan istifadə etməyə üstünlük veriblər. Deyirlər ki, yalnız onlar deyil, bu xətt üzrə sərnişin olan şəhər sakinləri də, qərara gəliblər ki, belə bir çətin durumda, tıxacların çoxaldığı bir vaxtda onlara müəyyən qədər rahatlıq gətirən bu avtobusların xəttə buraxılmasında əlləri olan adıçəkilən qurumun və şəhərin rəhbər şəxslərinə öz təşəkkürlərini mətbuat vasitəsi ilə çatdırsınlar. araz.az-ın əməkdaşları onların təkcə bu xahişlərini yerinə yetirməklə kifayətlənmir, dərin minnətdarlıq ifadəli təşəkkürlərinə qoşulurlar.
Sonda onu da qeyd edək, rahatlıq üçün bu
marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərir. 

araz.az xəbər portalı.