Cənab Prezident!
Mən 2015-ci ildən 3-cü dəfədir ki, bu problemlə bağlı Sizə müraciət edirəm. Hesab edirəm ki, Sizin rəhbərliyinizlə Qarabağ azad olunandan sonra bu məsələ daha aktualdır.
Dünya iqtisadiyyatında və ölkəmizdə baş verənləri, milli manatın aqibətini, əhalimizin vəziyyətini, Azərbaycan dövlətinin gələcəyini nəzərə alaraq təklif edirəm :
1991-ci ildən bugünədək müxtəlif səbəblərdən bir qrup ölkə vətəndaşında cəmləşmiş, əsasən xarici banklarda yerləşdirilmiş və miqyasına görə Azərbaycan dövlət büdcəsindən müqayisə olunmaz dərəcədə çox olan “doğma” kapitalın leqallaşdırılması üçün maliyyə amnistiyası elan olunsun. Xarici kapital üçün yaradılan münbit şərait və yüksək təminat “doğma” kapitala da tətbiq edilməli, yəni hər ikisinə bərabər şərait yaradılmalıdır.
Hesab edirəm ki, iqtisadi-maliyyə amnistiyası minlərlə yeni iş yerlərinin açılmasına, yoxsulluğun azaldılmasına, korrupsiya və rüşvətxorluğun dairəsinin daralmasına, yüksək inkişafa, ən əsası həqiqi sabitliyə, sonda demokratiyanın inkişafına gətirib çıxaracaq. Bu addım həm də ölkəni gələcək siyasi təlatümlərdən, qarşıdurmalardan qoruyacaq və populist şüarlarla xalqı aldatmağa son qoyacaq. İqtisadi amnistiya həm də xalqın sərvətini xalqa qaytarmağın daha məqsədəuyğun yoldur. Leqllaşdırılmış kapitalın Qarbağda abadlıq və quruculuq prosesinə yönləndirilməsi vacibdir. Onu da nəzərə almalıyıq ki, xarici banklarda yerləşdirilmiş və dövlətimizin büdcəsindən dəfələrlə çox olan bu kapital Azərbaycanın gələcəyi üçün ciddi təhlükədir.
Hörmətlə, KAMRAN MƏHƏRRƏMLİ, NUH İnformasiya Agentliyinin ( NUH.az ) Baş redaktoru.
araz.az xəbər portalı.