O bildirib ki, hər üç şirkət 2023-cü ilin mayında verilmiş icazələrində göstərilən şərtlərə əməl etməyib.
Şura şirkətlərin lazımi məlumatları təqdim etməməsi və ya saytlarına girişi təmin etməməklə onların fəaliyyətlərini nəzərdən keçirmək səylərini əngəllədiyini söyləyib.
“Bu pozuntulara şəhər boyu xidmətin olmaması, sığortanın olmaması və nəqliyyat vasitələrinin idarə edilməsinə və ya qadağan olunmuş ərazilərdə dayanmasına mane olan texnologiyanın olmaması daxildir”, – sözügedən idarədən bildirilib.
Qərara əsasən, icarəyə verilən elektrik skuterləri oktyabr ayından etibarən şəhərdən yığışdırılacaq. Şura əlavə edib ki, icazənin ləğvi prosesi başladıqdan sonra şirkətlərin qərara etiraz etmək üçün 20 gün vaxtı olacaq.
Kaş, bizdə də, belə olaydı! Paytaxt Bakı küçələri də, çoxdandır bu istəkdə qovrulur. Hara baxsan, sakinləri narahat edən və özlərini “lotu” tərzində aparan skuter sürücüləridir.
araz.az xəbər portalı.