Araşdırma zamanı məlum olub ki, Fərid Əmirəliyev barəsində Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fəaliyyətinə dair çoxsaylı epizodları əhatə edən araşdırma aparılıb. Araşdırma nəticəsində Fərid Əmirəliyevin rüşvət almasına dair məlumatlar da təsdqini tapıb. Bundan başqa onun hakim kimi bilə-bilə qanunsuz hökm, qərar və qətnamə çıxarması da öyrənilib.
Ancaq cinayət məsuliyyətinə cəlb edilməyən Fərid Əmirəliyevdən könüllü ərizə yazması istənilib və o, buna dərhal əməl edib. Məhkəmə — Hüquq Şurası isə, Fərid Əmirəliyevin özünün “müraciətini” əsas tutaraq, onun hakim kimi səlahiyyətlərinə xitam verib.
araz.az xəbər portalı.