“Kanadada yaşayan azərbaycanlı Yeganə Cəfərova “İlin ən yaxşı müəllimi” adına layiq görülüb”.
araz.az bildirir ki, bu barədə Diaspora.TV-yə açıqlamasında Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti İdarə Heyətinin üzvü Yeganə Cəfərova özü məlumat verib. Y. Cəfərova bildirib ki, artıq 10 ildir Kanadada “Pharma Medical Science Kanada” kollecində professor kimi fəaliyyət göstərir: “Kanadada Kolleclər Assosiasiyasında qabaqcıl müəllim kimi fəaliyyətim var. İlk dəfə orada “İlin ən yaxşı müəllimi” seçilmişdim. 2018-2019-cu illər və pandemiyadan sonra 2022-2023-2024-cü illərdə də 5-ci dəfə bu ada layiq görüldüm”.
araz.az xəbər portalı.