Bakı Ağır Cinayətlər Məhkəməsinin bir il əvvəl təqaüdə göndərilən hakimi İradə Həsənzadə də, pensiyasından narazılıq edib. Ölkə mətbuatının məlumatına görə, keçmiş hakim pensiyasının yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
İddiaçı hesab edir ki, uzun illər hakimlik etsə də, pensiya təminatı zamanı bütün hallar düzgün nəzərə alınmayıb. Şikayəti Bakı İnzibati Məhkəməsi icraata götürüb.
araz.az qeyd edir ki, İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən təqaüdə çıxana kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyib. Ötən il isə yaş həddi ilə bağlı təqaüdə göndərilib.
araz.az xəbər portalı.