Enseladın buz qabığının altında maye şəklində nəhəng su okeanı var. Bu təbəqədən səthə buz və buxar püskürülür və Yer kürəsinin okeanlarının dibindəki hidrotermal ventilyasiyalara bənzər enerji mənbələrinə dair sübutlar var.

Buz hissəciklərini təhlil etdikdən sonra elm adamları Enseladda həyat üçün lazım olan bütün 6 kimyəvi elementin olduğunu təsdiqləyiblər: karbon, hidrogen, azot, oksigen, fosfor və kükürd.

“Kassini” uçuşunu peykin yaxınlığında həyata keçirib və halqalarda buz hissəciklərini toplayıb. Təhlil nəticəsində bir çox bioloji molekullar üçün ümumi olan kimyəvi qrupların geniş spektrinin mövcudluğuna dair dəlillər tapılıb. Bunlara efirlər, alkenlər, həmçinin azot və oksigen olan mürəkkəb molekullar daxildir.

Hazırda tədqiqatçılar bu kimyəvi qrupların hansı molekullardan gəldiyini dəqiq müəyyən edə bilmirlər, amma onların mövcudluğu o deməkdir ki, DNT-nin struktur bloklarını yaradan kimyəvi reaksiyaların mövcud olma ehtimalı yüksəkdir. Əvvəllər bunlara rast gəlinməmişdi, çünki reaktivlərin buz hissəcikləri daha az su ehtiva edirdi.

Bu kəşf Enseladda həyat üçün lazımi şəraitin ola biləcəyi və ya artıq mövcud olması fikrini gücləndirir.

Mənsur RƏĞBƏTOĞLU. 

 

araz.az xəbər portalı.