İsveçrənin Cenevrə şəhərində sentyabrın 9-dan oktyabr ayının 11-dək BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası keçirilir.
Qərbi Azərbaycan İcmasından araz.az-a verilən xəbərə görə, sessiyanın gündəliyində irqçiliyə qarşı mübarizə, yerli xalqların hüquqları, iqlim dəyişikliyinin təsirləri və digər məsələlər yer alır.
Sessiyaya BMT-nin üzv dövlətləri və bir sıra beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar.
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar vətəndaş cəmiyyətinin nümayəndəsi qismində sözügedən sessiyanın işində iştirak edir.
araz.az xəbər portalı.
AKTUAL
Gürcüstan Azərbaycanlıları Konqresi sədrinin Rövşən İsgəndərovla bağlı dediklərinə REAKSİYA VAR
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun Marneuli Bələdiyyə Məclisi sədrinin keçmiş müavini Rövşən İsgəndərovla …