Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilib.
araz.az bildirir ki, ölkə mətbuatına daxil olan məlumatda şikayətin Vüqar Səfərli tərəfindən verildiyi iddia olunur. Şikayətə baxılma tarixi hələ ki, müəyyənləşməyib. Vüqar Səfərlinin həyat yoldaşı və oğlu iş üzrə maraqlı şəxs qismində çıxış edir.
araz.az xəbər portalı.