Bir vaxtlar ölkənin flaqman futbol klubu kimi tanıdığımız “Neftçi”nin indiki durumuna acımamaq olmur. Qeyd edək ki, “Neftçi” cari mövsümdə hətta qələbə üzünə də həsrət qalıb. Komanda 6 oyundan sonra, vur-tut 4 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Bu, azarkeşlərini yandırıb-yaxır yaman. Hətta klub rəhbərliyi də, nə edəcəyini bilmir! Acı etiraflarla müşayiət olunan bir istefa da, şahidi olduğumuz ağrılı durumu açıq-aşkar özündə ehtiva edir.
Artıq, “Neftçi” ilə idman direktoru Yens Andersson arasında yollar da ayrılıb. Onunla klub arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə, qarşılıqlı razılıq əsasında xitam verilib.
araz.az əməkdaşları olaraq, klubdan bizə də xəbər verdilər ki, 2023-cü ilin sentyabr ayından “Neftçi”də çalışan Anderssonla yollar rəsmən ayrılıb. Hətta bu barədə klubun mətbuat xidməti məlumat da yayıb.
Bu da, “Neftçi”nin cari mövsümdə qələbə həsrətli ağır durumu. Komandanın belə bir vəziyyətdə olmasının olduqca pis təsiri bizə də öz acısını yaşadır. Təəssüb və təəssüf çəkməyin ağrısının, doğrudan da, adama çox pis təsiri olurmuş.
Səməndər QURBANOV.
araz.az xəbər portalı.