abdulbariqozal.jpg“Açığını etiraf edim ki, “Azersun Holding”in gəlirləri azalıb.

“Marja”nın məlumatına görə, bunu media nümayəndələri ilə görüşündə holdinqin sədri Abdoolbari Goozal bildirib.

İş adamı qeyd edib ki, gəlirlərin azalması rəsmi işləmələri ilə bağlıdır: “Bir sıra rəqiblərin qeyri-rəsmi işləmələri ilə bağlı olaraq bazarda haqsız rəqabət var. Biz bu barədə Vergilər Nazirliyinə müraciət etmişik”.

Abdolbari Goozal əlavə edib ki, istehsalda yerli rəqibimizin olmaması bizi bir qədər təmbəlləşdirir: “Əgər bazara xarici rəqib gəlsə, biz nokaut olarıq”.

araz.az xəbər portalı.