Rusiya Federasiyasında miqrasiya qanunlarını pozan əcnəbilərin reyestri yaradılacaq. Bu barədə araz.az-ın əldə etdiyi məlumata əsasən, hazırlanacaq siyahıya daxil edilən qeyri-qanuni miqrantların hüquqları hərtərəfli məhdudlaşdırılacaq. Hətta onlar bu ölkədə nikaha daxil ola bilməyəcəklər.
Bu barədə adi birisi də yox, elə, Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy nüfuzlu “Kommersant” qəzetinə bildirib.
Beləliklə, qeyri-qanuni miqrantlara Rusiyada nikaha daxil olmaq, sürücülük vəsiqəsi almaq, bank hesabları açmaq, əmlakı qeydiyyata almaq, hətta uşaqları uşaq bağçalarına və məktəblərə yazdırmaq ciddi şəkildə qadağan ediləcək.
Qeyd edək ki, bundan əvvəl Daxili İşlər Nazirliyi bildirmişdi ki, hazırda Rusiyada 630 mindən çox əcnəbi qeyri-qanuni yaşayır. Məhdudiyyətlər də, elə belə miqrantların Rusiya qanunlarına əməl etmələri üçün tətbiq edilir.
araz.az xəbər portalı.