Hakimiyyət komandasında dəyişikliklər olacaq. Hökumətdə təmsil olunan 3 nazir vəzifəsi ilə vidalaşacaq. araz.az xəbər portalı bildirir ki, bu barədə Yenisabah.az-a iqtidar komandasındakı etibarlı mənbədən məlumat verilib. Bildirilib ki, hökumətin tərkibində dəyişikliklər qaçılmazdır. Onun sözlərinə görə, kadr dəyiıiklikləri bu ilin noyabrında keçiriləcək dünya əhəmiyyətli COP29 tədbirindən sonra gerçəkləşəcək.
Konkret desək, hər bir məlumatının dəqiqliyinə şübhə etmədiyimiz “Yeni Sabah” saytı karyerası ilə vidalaşacaq nazirlərin adlarını da dəqiqləşdirə bilib. Məlum olub ki, hökumətin 3 nüfuzlu üzvü — Maliyyə naziri Samir Şərifov, Elm və təhsil naziri Emin Əmrullayev və Mədəniyyət naziri Adil Kərimli karyeralarının son günlıərini yaşayırlar. Onlar COP29 tədbirindən dərhal sonra, ən gec 2025-ci ilin əvvəlində tutuduqları vəzifələrdən azad ediləcəklər.
araz.az xəbər portalı.