Azərbaycanlı fəal Mürtəza Pərvin 200 gündən artıqdır ki, Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. araz.az media məlumatlarına istinadən bildirir ki, bu yaxınlarda onun ittihamı ilə bağlı sonuncu məhkəmə iclası keçirilsə də, hələ ki, barəsində hökm çıxarılmayıb.

Qeyd edək ki, azərbaycanlı milli fəal fevralın 6-da molla rejimin ETTELAAT qüvvələri tərəfindən saxlanılaraq Evin həbsxanasına salınıb. Murtaza Pərvinə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”, “rəhbəri (Xameneyini) təhqir etmək” və “casusluq” ittihamları irəli sürülüb.

araz.az xəbər portalı.