araz.az saytı xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanə adlı xanımla toy mərasimi Xankəndidəki “Meydan” restoranında keçirıləcək.
Məlumatı saytımıza bəyin ailə üzvləri veriblər.
Qeyd edək ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. O, tanınmış jurnalist Kərim Kərimlinin oğludur. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.
Kərim Kərimli bu ilin mayında Şuşaya köçüb. Onun ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.
Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 32 ildən sonra -2023-cü ilin sentyabr ayın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti təmin edib. Beləliklə, bu Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
araz.az xəbər portalı.