Azərbaybaycanın dövlət qurumlarında işləyən vəzifə sahiblərinin gizli və yaxud açıq formada biznes fəaliyyəti ilə məşğul olmaları artıq adi hala çevrilib. Bu barədə, bu günlərdə “Azərbaycan Reallığı” daha bir şok yaradan xəbər paylaşdı. Həmin xəbərin bəzi detallarını dərc etməyi araz.az
da vacib bildi. Xəbərə görə, vəzifəli belə şəxslərdən biri də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi kimi tanınan Bəhruz Lalayevdir. Verilən məlumata görə, Bəhruz Lalayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi olmasına baxmayaraq, həm də bəzi dairələrdə özünü imkanlı iş adamı kimi tanıtdırıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində tikinti işləri ilə məşğul olan Bəhruz Lalayevin çox ciddi imkanlara sahib olduğu göz qabağındadır. Məlumata görə, Bəhruz Lalayev belə bir var-dövləti məhz bu Agentliyin hesabına qazanıb.Onun AYDA sədri Saleh Məmmədovun komandasında olduğu və buna görə, bir çox pullu işlərin Lalayevə həvalə edildiyi deyilir. Dövlət qurumunun hesabına milyonçuya çevrilən Bəhruz Lalayevin bahalı avtomobilləri, paytaxtda bir-neçə dəbdəbəli villa-mənzilləri, olduqca bahalı obyektləri və Goranbay rayonunda asfalt zavodu olduğu danılmazdır. 

Bütün bunlar haqqında daha ətraflı növbəti yazımızda. araz.az-ı izləməyi unutmayın. 
Əli HÜSEYN,

araz.az xəbər portalı.