Paytaxt Bakının Əhmədli qəsəbəsində Türkiyədə baş tutan derbi oyununa görə kütləvi dava baş verib. araz.az xəbər verir ki, davaya səbəb az əvvəl başa çatan “Fənərbaxça” — “Qalatasaray” futbol oyununda, “sarı-qırmızıların” 3 – 1 hesablı qələbəsi olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən dərhal sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb. Hadisə ilə əlaqədar bir-neçə nəfərin saxlanıldığı bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində baş verən bu kütləvi dava ilə bağlı təhqiqat araşdırmasına başlanılıb. Hətta bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat da verilib. Qeyd olunub ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar: “Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Saxlanılanlar var. Əlavə məlumat veriləcək”.

Nadir HƏSƏNLİ,

araz.az xəbər portalı.