Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr, Azərbaycanın geosiyasi maraqları baxımından əhəmiyyətlidir və Rusiya ilə İranın bu məsələdə birgə mövqe tutmağı, regional təhlükəsizliyi təsir edə biləcək bir faktordur. Şoyqunun səfəri, bu məsələlərin ətrafında baş verən danışıqların və müzakirələrin necə inkişaf edəcəyinə dair əlamətlər verə bilər.
Bütün bu faktlar bölgədəki gərginliklərin artdığı bir zamanda Rusiya və İranın birgə strateji planlarının ola biləcəyini göstərir. Bu səbəbdən Şoyqunun İrana gedişi Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin bir hissəsi kimi dəyərləndirilə bilər. araz.az qeyd edir ki, məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli: “Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr Azərbaycanın geosiyasi maraqları baxımından əhəmiyyətlidir və bu dəhliz açılacaq” — deyə, news24.az-a bildirib:
“Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsi ən çox müzakirə olunan mövzudur. Hazırda gedən proseslər marşrut xətti açıldıqdan sonra ora kimin nəzarət edəcəyini müəyyənləşdirməkdir. Bununla bağlı da dünya nəhəngləri – Rusiya və Qərb arasnda ciddi müzakirə gedir. Rusiya çalışır ki bu dəhliz açılsın və onlar bu dəhlizə nəzarət edərək sanksiyalardan yayınmaq üçün iqtisadi-siyasi bir nəticə əldə etmiş olsun. Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya keçməsi o deməkdir ki, Rusiya Cənubi Qafqazda güclənmək üçün yeni bir mexanizm qazanmış olacaq”.
Politoloq qeyd edib ki, Qrəbin hazırda tək niyyəti Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın əlinə keçməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, dəhlizə nəzarətin Qərb ölkələrinin əlinə keçməsi onların Cənubi Qafqaza təsir mexanizmini gücləndirmək istəyirlər:
“Avropa ilə orta Asiyanı birləşdirəcək önəmli bir nəqliyyat dəhlizinə və ordan axacaq maliyyə dalğasına nəzarət uğrunda bir mübarizə gedir. İranın isə əsas narhaatlığı ondan ibartədir ki, Zəngəzur dəhlizinin açılması İranın Ermənistan üzərindən daşıdığı malların nəzarət altına düşməsinə səbəb ola bilər. Həmin Malların nə olduğu bir çox hallarda məlum olmur. İkinci narahatlığı da ondan ibarətdir ki, bu dəhlizin açılması Türkiyə ilə Azərbaycan arasında, eləcə də bütövlükdə Türk dünyası arasında kommunikasiya xəttinin yaranması anlamını daşıyır. Türk dünyasının birləşmə prosesini gücləndirəcək və belə bir prosesdə də İran üçün riskli çağrışların ortaya çıxa biləcəyindən narahatdır, rəsmi Tehran”.
Elçin Xalidbəyli əlavə edib ki, Ermənistan isə, hər zamanki kimi Qərbin təlimatları ilə hərəkət edir. Orda da önəmli məqam budur — Paşinyan bilir ki, dəhliz açldıqdan sonra ona nəzarət Ermənistana verilməyəcək. Buna heç kim icazə verməz ki, Ermənistan kimi kiçik bir dövlətə Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyət daşıyan, nəhəng dövlətlərin marağında olan dəhlizə nəzarət etsin.
araz.az xəbər portalı.