519EA822 A5A4 4756 BBD1 D41D97800B04

16.03.2019-cu il tarixində Azerbaycanrealligi.com xəbər saytında və saytın facebook səhifəsində “Goranboy rayonunun bazar satıcıları icra başçısı Nizaməddin Quliyevə etiraz ediblər – VİDEO” başlıqlı yazı, daha sonra sözügedən video yayınlanmışdır.

Materiallar tez bir zamanda diqqəti cəlb edib xeyli baxış toplamış və bir neçə xəbər portalı yazını yenidən dərc edib. Daha sonra əks olunan videogörüntünü youtube kanalları və digər səhifələr yayınlamışdırlar. Azerbaycanrealligi.com xəbər saytı ilə əlaqə saxlayan Goranboy rayon icra hakimiyyətinin rəsmisi olanları tamamilə cəfəngiyat adlandırır, adı çəkilən icra hakimiyyətinin də cavab hüququnu tanımasını xahiş edirlər. Biz də qısa zamanda böyük oxucu kütləsi toplamış xəbər portalı olaraq bildiririk ki, bizim heç bir məmurla nə qəsdi-qərəzimiz var, nə də düşmənçiliyimiz, o cümlədən, Goranboy rayon icra başçısı Nizaməddin Quliyevlə də. İcra hakimiyyətinin rəsmisi qeyd edir:

“Sözügedən materialda bildirilir ki, bazar satıcıları guya polis gücünə rayonun icra başçısına məxsus bazara təxliyyə olunurlar, həmin bazarda icra başçısı Nizaməddin müəllimə məxsusdur. Bazarın Nizaməddin müəllimə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Həmin bazarı hansısa sahibkar tikdiribsə, bunun icra başçısına nə aidiyyəti var? Nizaməddin müəllim son zamanlar rayonda böyük işlər görməklə Goranboy xalqının rəğbətini qazanıb. Təbii ki, bunu gözü götürməyən bəzi qüvvələr var. Bu da onun nəticəsidir. Qaldı ki, sözügedən bazardan satıcıların çıxarılmasına, həmin satıcılar küçə ticarəti ilə məşğul olurlar. Bu da rayonun mərkəzində bəzi xoşagəlməz hallar yaradır, yollar natəmiz olur, zibili isə hara gəldi atırlar, bir sözlə, antisanitariya vəziyyəti yaradırlar”, deyə Goranboy rayon İcra Hakimiyyətinin rəsmisi qeyd edib. /gundemxeber.az/

araz.az xəbər portalı.