araz.az xəbər verir ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında Sahibə Qafqrovanın namizədliyi dəstəklənib və o, bir daha Milli Məclisin sədri seçilib. Sahibə Qafarova bundan əvvəl, VI Çağırış da, Milli Məclisin sədri olub.

Xatırladaq ki, Sahibə Qafarovanın Milli Məclisin sədrin postuna namizədliyini parlament çoxluğu — YAP irəli sürüb.

Bu gün VII çağırış Milli Məclis sədrinin müavinləri də seçilib. araz.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini ( I müavin və iki müavin) olub.

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

araz.az-ın əldə etdiyi məlumata görə, ölkə Prezidenti  İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər Sərəncamlarla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Bundan başqa, Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

 

araz.az xəbər portalı.