mubariz m“Mən hər zaman özümü bu dövlətin əsgəri hesab etmişəm. Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, Vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm.”

Bu gün dahi şəxsiyyətin – Azərbaycan torpağının görkəmli xeyriyyəçisi, vətənpərvər insan, həyatın keşməkeşli yollarından üzü ağ çıxan, büdrədikcə daha da irəliyə doğru can atan, dost-düşmən zərbələrinə tuş gəldikcə daha da bərkiyən, adı kimi həyatı da mübariz olmaqla keçən Mübariz Mənsimovun ad günüdür.

Mübarizliyə gedən yol

Görəsən, kasıb əyalət ailəsinin övladı olan Mübariz Mənsimov nə vaxtsa, düşünərdimi ki, gün gələcək dünyanı fəth edəcək, adı ali tribunalarda çəkiləcək? Necə ki, Eynşteyn deyir: “Sən mənə istinad nöqtəsini göstər, mən sənin üçün yer kürəsini fırladım”.

6 qız və 3 oğlanlandan ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb. Hərbi karyerası bitdikdən sonra həyatın “qara üzü”nü görən Mübariz aşpazlıqla məşğul olur. İki ilə yaxın aşpaz kimi fəaliyyət göstərir. Başa düşür ki, daxili potensialı onu daha böyük zirvələrə apara bilər. Aşpaz olmaq, bu arzu yox, məcburiyyət idi. Beləcə, Mübariz həyatının ən riskli qərarını verir. Yoldaşları ilə birgə 150 tonluq balıqçı gəmisini kirayə götürür.

Onun xatirələrindən: “O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib, bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşdük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm”.

O gündən bəri gərgin iş tempinə uyğunlaşan milyarder gündən-günə böyütdüyü “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olan “Palmali”nin sahibi bunu Rusiyada özəlləşdirmənin nəticəsi sayır. 20 ildə illik dövriyyəsi 3 milyard dollarlıq olan holdinq yaratdı cənab Mənsimov.

25 ofis, 30 min işçi…

Xatırladaq ki, “Palmali” Şirkətlər Qrupunun bu gün Azərbaycanda, Rusiyada, Bolqarıstanda, Yunanıstanda – ümumilikdə 25 ölkədə ofisi var. Hazırda şirkətin tabeliyində 30 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.

“Palmali” 129 gəmisi ilə Aralıq dənizi , Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.

Mübariz Mənsimov xüsusi olaraq türk gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 70-ə çatır. Onun 99 faizinə sahib olduğu “Palmali” Şirkətlər Qrupunun dənizçilik şirkəti 6 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. “Palmali”nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.

Azərbaycanlı iş adamı indi inşaat sahəsindəki təcrübəsini Türkiyəyə daşımağa hazırlaşır. “Gazeteport” saytının yazdığına görə, Mübariz Mənsimov iqamətgahlar və xəstəxana proyektlərinə imza atacağını da açıqlayıb. Onun proyektləri arasında Türkiyədə ediləcək iqamətgah inşaatlarının yanında Aralıq dənizində tikilməsi planlaşdırılan bir kottec tipli otel layihəsi də var.

Bundan başqa, Dövlət Neft Şirkəti ilə ortaq olan “Palmali” bir müddət əvvəl “Tekfen inşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında “Palmali” və “SOCAR” ortaqlığı 5 il ərzində “Tekfen İnşaat”a 37 milyard dollarlıq iş verəcək.

“Özünə sual vermə ki, vətən mənim üçün nə edib? Sual ver, mən vətən üçün nə etmişəm?”

O, Azərbaycan bayrağı olmayan tədbirə ayağını basmaz! Erməni terroru sənədli filmini bütün Türkiyə TV-lərində yayıb! Xocalı soyqırımını Türkiyənin ən prestijli film salonlarında nümayişə çıxarıb! Bodrumun mərkəzində Qız Qalası inşa etdirib! İstanbulun ən mərkəzi yerlərində Azərbaycan parkları saldırıb! Neçə-neçə sənət nümayəndələrini, o cümlədən imkanı olmayan sadə adamların müalicəsini, indiyədək Türkiyənin Ali təhsil ocaqlarında təhsil alan 18 min tələbənin təhsil haqqını şəxsi vəsaitinə ödəyib! Şəhid ailələrinə, əlillərə, yaradıcı adamlara yardım göstərir, Vətən qarşısında xidmət göstərmiş bəzi adamların övladlarını mənzil ilə təmin edib!

Onun rəhbərlik etdiyi “Palmalı” şirkətinin 25 ölkədə ofisi var və uzun müddətdir ki, həmin binalarda Azərbaycan bayrağı dalğalanır. Bu, hamımız üçün qürurdur. Hazırda şirkətdə 45 min adam, onlardan 30 mini dənizçilik sektorunda çalışır. 220 tanker (onlardan 90-ı içarəyə götürülübdür) müxtəlif dənizlərdə neft məhsullarının daşınması ilə məşğuldur. Xüsusilə qeyd etmək lazımdır ki, bu yeganə şirkətdir ki, sifariş etdiyi gəmilərinə Azərbaycanın siyasi, dövlət, ictimai, elm, mədəniyyət, ədəbiyyat, təhsil sahəsində xidmət göstərmiş və Vətən uğrundə şəhid olmuş qəhramanlarımızın adlarını daşıyır. Halbuki bəzilərinin adına ölkəmizdə küçə belə yoxdur. Belə bir qayğı və nümunə yalnız “Palmalı” şirkətinə məxsusdur.

Yeri gəlmişkən, Onun ailəsində 7 şəhid və ən yaşlısı 21 yaşında olub. Onun tarixi bəyanatı: ”Şirkətimdə üçüncü nəsil erməninin olduğunu eşitsəm, dərhal qovaram”. Halbuki Azərbaycanda buna oxşar bəyanatla rastlaşmaq mümkün deyil. Belə böyük sevgi ilə bağlıdır elinə, obasına, doğma Azərbaycanına!
Humanist adam
Biznes fəaliyyəti işgüzar şəxsiyyətini tamamlayan bu cür sahibkarlar hər bir dövrdə ətrafdakı adamların ağrılı problemlərinə məlhəm olur. Bir çoxlarından fərqli olaraq, Mübariz Mənsimovun özünəməxsus xarakter üstünlüyü də ondadır ki, onun məxsus olduğu xalqın mənəvi ağrılarını olduğu kimi duymağı bacarır.
Azərbaycanlı sahibkar zaman, məkan şəraitinə uyğun olaraq, təbiət, cəmiyyət və təfəkkür qanunlarını bilməklə iş görən, davranan və ya müəyyən fikir söyləyən bir şəxsdir. Onun gerçək fəaliyyəti və davranışı həqiqi, həyati, mövcud olan və ya cəmiyyətin qanunları əsasında gerçəkləşə bilən iş prinsipinə uyğunlaşıbdır.
Çalışdığı sahədə müəyyən qərara gəlmək və nəyisə seçmək üçün Mübariz Mənsimov ətrafda baş verən hadisələri anlayır, yaşadığı dünyanı, insanı və onların əməllərini dərk edir, nəhayət, o özünün məqsədini hamıya çatdırmağı çalışır.
Şəxsiyyətinə, xasiyyətinin xüsusiyyətlərinə görə hər bir insan cəmiyyətdə mühüm rol oynayır, davranış xəttini seçir. Burada iki əks mövqe mövcuddur: eqoizm – xudbinlik, ancaq özünü sevmək, öz şəxsi maraqlarını başqa adamların; bütövlükdə cəmiyyətin mənafeyindən üstün tutmaq, ikinci mövqedəki alturizmdir – öz şəxsi mənafeyini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını bütövlükdə cəmiyyətin mənafeyinə tabe etməyə hazır olmaq. Əlbəttə, bunlar ifrat xudbin və ifrat alturist xasiyyətlər haqqında təsəvvür yaradır. Mübariz Mənsimov xasiyyət etibarilə ifrat alturist sayılır və onun bu nadir xasiyyəti övladlarına keçibdir. Mənsimovlar nəsli öz şəxsi mənafelərini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını isə bütövlükdə cəmiyyətin mənafeyinə tabe etdikləri bizim hamımıza agahdır. Mübariz Mənsimov istər məişətdə, istərsə də öz iş yerində olanda ətrafda olan adamların qayğılı problemlərinə biganə qala bilmir. Sadəcə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən özünü dağa-daşa vurur və çətin alınan işləri yoluna qoyandan sonra rahat nəfəs alır. Məhz bu kübar xasiyyətinə görə ətrafdakılar ona humanist adam kimi baxırlar.
Əsl xeyriyyəçi ümumxalq mənafeyi güdməli, ümumbəşəri dəyərlərə arxalanmalıdır. Mübariz Mənsimovun həyata keçirdiyi xeyirxah işləri yalnız Yeri, Göyü yaradan o əbədi Allahın adı ilə görür. O, əlinə düşən bütün ruzi-bərəkətin də Ulu Tanrı tərəfindən yetirilməsinə şəkk-şübhə etmir. Müqəddəs amal uğrunda kim öz səy və bacarığını nümayiş etdirirsə, Allah həqiqətən də həmin şəxsə yardımçı olur.

P.S. Ümumiyyətlə, Onun keçdiyi mübariz yol haqda çox danışıb, çox yazmaq olar, böyük ürəyinin gördüyü xeyirxah əməlləri haqda çox məruzə etmək olar. Lakin buna günlər yox, aylar, illər lazım olacaq. Bu gün isə Mübarizin keçdiyi çətin həyati yolu haqda qısaca məlumat verdik. Verdik ki, bizlərə qoşuluban 51 illiyini qeyd edən vətənpərvər şəxsiyyətə xoş arzularınızı bildirəsiniz.

Nə yaxşı ki, doğulmusunuz, Mübariz Mənsimov!

Nə yaxşı ki, varsınız!

[bt_youtube url=”https://youtu.be/snhwqZdbEkQ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.