Onların hərəsinə 7 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Fərid Namazovun sədrlik etdiyi hakimlər cəzanı N. Əliyevə münasibətdə şərti hesab edib. O, 2 il sonra məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Digər müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Prokuror isə, onların hərəsinə 11 il 6 ay həbs cəzası tələb etmişdi. Onu da, qeyd edək ki, təqsirləndirilən şəxslər 2022-ci ildə həbs ediliblər.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək, sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar.
N. Əliyev və A. Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülmüşdü.
araz.az xəbər portalı.