Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əsas simalarından biri olan general-leytenant Hilal Əsədov illər sonra üzə çıxıb. araz.az gununsesi.info-nun özəlmənbələrdən əldə etdiyi kadrlara əsasən bildirir ki, hazırda heç bir rəsmi yerdə çalışmayan Hilal Əsədovun idmanla məşğul olduğu görünür.Qeyd edək ki, Eldar Mahmudovun MTN-nə rəhbərlik etdiyi dövrlərdə onun əsas adamlarından birinin Hilal Əsədov olmasına baxmayaraq, “MTN İşi” ilə bağlı cinayət işindən kənarda qalmağı bacardı. General yalnız “8-ci kilomter” bazarı ilə bağlı məhkəməyə çəkildi və vaxtilə yağmaladığı bazar onun əlindən alındı.