Türkiyənin Samsun şəhərində təqaüdçü Mustafa Aytürkün (62) sidik kisəsindən əməliyyatla 522 qram ağırlığında daş çıxarılıb. Əməliyyatı reallaşdıran uroloq Opr.Dr. Can Aydın, 37 illik peşə həyatında ilk dəfə bu böyüklükdə tək parça halında bir daş hadisəsi gördüyünü söyləyir.
4 uşaq atası Mustafa Aytürk, sidiyə çıxmaqda çətinlik çəkdiyinə görə həkimə müraciət edir. Sherg.az türk mediasına istinadən xəbər verir ki, müxtəlif dərman müalicələri yazılan Aytürkə hələ 10 il əvvəl sidik kisəsində daş olduğu və əməliyyat lazım olduğu deyilib. Ancaq əməliyyatdan qorxan Mustafa Aytürk, dərmanlardan istifadə etməyə davam edib. Keçən həftə ağrıları artan Aytürk, Qazi Dövlət Xəstəxanasının uroloji hissəsinə müraciət edir. Burada aparılan tədqiqlərdə Mustafa Aytürkün sidik kisəsində çox böyük bir daş olduğu təyin olunur. Əməliyyata alınan Aytürkün sidik kisəsindən 522 qram ağırlığında tək parça halında daş çıxarılır. Əməliyyat sonrasında daşı görən Mustafa Aytürk və yaxınları böyük həyəcan yaşayıb.
“Elə bildim kartofdur”
20 ildir sidiyə çıxmaqda çətinlik yaşadığını bildirən Mustafa Aytürk, “Həkimlərə getdim, “iltihab var” dedilər. Dərmanlardan istifadə edib, bir, iki ay rahataşırdım. 10 il əvvəl həkimim mənə daş olduğunu, əməliyyatın vacib olduğunu söylədi. Mən istəmədim. Yenə dərman içdim, əməliyyata getmədim. Ancaq sonra daha da pis oldum. Təkrar həkimə getdim, əməliyyat deyildi. Bu qədər böyük daş olduğunu bilmirdim. Bu daş üzündən mən çox əziyyət çəkdim. Əməliyyatdan sonra daşı görəndə çox çaşdım. İlk görəndə kartof sandım. Elə bildim zarafat edirlər. Bu daş mənim bədənimdə bu qədər il necə qalmış, inana bilmədim. İllərcə bu daşla yaşamışım. Görən hər kəs çaşır. Mənə “Bu daşı necə böyütdün?” deyirlər. Allah həkimimdən razı olsun. İndi çox rahatam. Sanki yenidən doğulmuşam. Dövlətimizin imkanları səbəbiylə Səhiyyə Nazirliyinə və həkimlərimizə çox təşəkkür edirəm” deyib.
“’37 illik peşə həyatımda gördüyüm ən böyük daşdır”
Əməliyyatı reallaşdıran uroloq həkim Opr. Dr. Can Aydın da, 37 illik peşə həyatında ilk dəfə bu böyüklükdə tək parça halında bir sidik daşı hadisəsi gördüyünü söyləyir. Opr. Dr. Can Aydın, “Xəstə sidiyə çıxmaqda çətinlik çəkmək şikayətiylə bizə gəldi. Bizim üçün standart, alışqın olduğumuz bir şikayətdir. Tədqiqlərdən sonra daşı təsbit etdik. Təxminən 25 dəqiqə davam edən əməliyyat reallaşdırdıq. Əslində xəstəmizə 10 il əvvəl yenə əməliyyat demişikdik, amma o zaman xəstə ehtimalla qorxdu və getdi. Əslində o zaman bu daş daha kiçik idi. İndi xeyli böyük bir daş halına gəlmişdi. İlk dəfə bu böyüklükdə tək parça halında bir daş görürəm. 37 illik peşə həyatımda ilk dəfə belə bir şey gördüm. Çox nadir görünən bir vəziyyətdir. 522 qramlıq, eni 8 santimetr, 10 santimetr uzunluğunda bir daşdı bu. Xəstənin sağlamlıq vəziyyəti çox yaxşıdır. Bundan sonra bir problem yaşamayacaq” deyə bildirib.
Turan
araz.az xəbər portalı.