araz.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında Rusiyaya ballistik raketlərin verilməsini təkzib edib.
O deyib ki, İran Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmir. O, həmçinin müharibə məsələlərində Qərblə danışıqlara hazır olduğunu bildirib.
Pezeşkian qeyd edib ki, o, 2024-cü il iyulun 30-da vəzifəyə başladıqdan sonra Rusiyaya heç bir raket tədarükü olmayıb.
Pezeşkianın bu açıqlaması Rusiya — İran münasibətləri konteksindən yanaşsaq, sensasion açıqlama hesab oluna bilər.
araz.az xəbər portalı.