“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov vəfat edib. araz.az bildirir ki, səhhəti pisləşən K. Həsənov bu gün səhər saatlarında Türkiyədə dünyasını dəyişib. O, İstanbulda Memorial Şişli xəstəxanasında ürək əməliyyatı keçiribmiş. Əməliyyatdan sonra o, həyatını itirib.
Qeyd edək ki, Saatlı rayonunun Əlisoltanlı kəndində doğulan və 63 yaşında dünyasını dəyişən Köçərli Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. Bu il isə, məlum quruma sədr təyin olunub.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
araz.az xəbər portalı.