ABŞ-ın Ukraynanın NATO-ya üzv olmasını istəməməsi barədə Türkiyə Prezidenti Ərdoğan Amerikanın “NBC” kanalına müsahibəsində bildirib. O, bu məsələdə bütün NATO ölkələrinin addımlarına baxacaqlarını bildirib.
araz.az bildirir ki, Türkiyə Prezidenti bir çox NATO ölkəsinin də, Ukraynanın bu təşkilata üzv olmasını istəmədiyini vurğulayıb.
“Hazırda biz bu məsələlərlə bağlı qərarlarımızı verərkən, əlbəttə ki, bütün NATO üzvlərinin mövqeyini nəzərə alırıq və qərarlarımızı buna uyğun veririk. Bu qərarlar emosiyalarla verilmir”, – deyə, Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti bu mövzuda özünün də qəti qərar vermədiyini diqqətə çatdırıb.
araz.az xəbər portalı.