FF18C48F 7AF7 480E 8265 56FA5E33C14D

“35 min manatlıq malım yanıb. Evdə çörək pulum yoxdur”.
Araz.az xəbər verir ki, bu sözləri Bakupost.az-ın kamerasına gözyaşlarına boğularaq danışan xanımın ötən gün külə dönən “Diqlas” Ticarət Mərkəzində mağazası yanıb.

Ağlamaqdan danışmaqda çətinlik çəkən sahibkar qadın deyir ki, işə gəlib çatanda yanğının gücləndiyini görüblər: “Bir çöp də çıxara bilmədim. 35 min manatlıq malım yandı içəridə. Hələ təzə vurduğum malları saymıram”.
Xanım bildirib ki, mallarının sığortası da olmayb: “Bizdən özləri vergi üçün pul yığırdılar. Ancaq VOEN-imiz olmadığı üçün sığorta etdirə bilmirdik. Sahibkar qarşımıza çıxmalıdır, haqqımızı ödəməlidir”.”35 min manatlıq malım yanıb. Evdə çörək pulum yoxdur”. Bu sözləri Bakupost.az-ın kamerasına gözyaşlarına boğularaq danışan xanımın ötən gün külə dönən “Diqlas” Ticarət Mərkəzində mağazası yanıb.
Ağlamaqdan danışmaqda çətinlik çəkən sahibkar qadın deyir ki, işə gəlib çatanda yanğının gücləndiyini görüblər: “Bir çöp də çıxara bilmədim. 35 min manatlıq malım yandı içəridə. Hələ təzə vurduğum malları saymıram”.
Xanım bildirib ki, mallarının sığortası da olmayıb: “Bizdən özləri vergi üçün pul yığırdılar. Ancaq VOEN-imiz olmadığı üçün sığorta etdirə bilmirdik. Sahibkar qarşımıza çıxmalıdır, haqqımızı ödəməlidir”.

[bt_youtube url=”https://youtu.be/9LDfkTfXX18″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.