araz.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.

O bildirib ki, bu gün keçirilən Kiberdiplomatiya konfransında İlham Abbasovu XRİTDX komandası ilə bir yerdə görüb:

“İlham Aslanov öz xahişi ilə SOCAR-da tutduğu vəzifəsindən uzaqlaşıb, hazırda XRİTDX rəisinin müşaviri vəzifəsində çalışır. Təxminən 20 ilə yaxın olar ki, İlham Aslanov SOCAR-da İT və Rabitə İdarəsinin rəisi olub. Böyük təcrübəyə malik olan İlham Aslanov sektorda peşəkarlardan hesab olunur”.

 

araz.az xəbər portalı.