“Yeni Nəsil” layihəsi çərçivəsində Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionundan olan gənclər və ekspertlər arasında görüş keçirilərək proqram tərəfindən, “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-2019-cu illəri əhatə edərək həyata keçirilən “New Generation” (Yeni Nəsil) layihəsinin III mərhələsinin icrasına başlanılıb.
1114 gəncin əhatə edildiyi II mərhələdə, müxtəlif təlimçilər tərəfindən keçirilən “İdeya Generasiyası”, “Sahibkarlıq” və “Rəqəmsal Marketinq” təlimlərində iştirak etmiş gənclərin əksəriyyəti proqram əməkdaşları və biznes mütəxəssisi ilə görüşüb. İdeya və mnimal məhsul mərhələsində olan “Yeni Nəsil” sahibkarlar görüşlərdə iştirak üçün böyük həvəs göstərib. Adı çəkilən hər iki iqtisadi regionda 2 gün ərzində baş tutan görüşlərdə gənc startapçılar və ideya sahibləri öz bizneslərini təqdim edərək, qarşılarında olan çətinliklər, ehtiyac duyulan dəstəklər və s. barədə söhbət aparıb. Sahibkar İlqar Həsənov və “Youth Inc.” Sahibkarlıq Proqramının kordiantoru Zaur Ünsizadə ümümlikdə 25-ə yaxın gənclə görüş keçirib.
Bundan əlavə görüşlər Abşeron və Quba-Xaçmaz iqtisadi regionlarında da davam edəcəkdir. III mərhələdə iştirak haqqı qazanacaq ideya sahibləri öz ideyalarını və bizneslərini inkişaf etdirərək, mentorinq mərhələsində iştirak edəcək. Bundan əlavə onlar 35.000 AZN-dək investisiya şansı əldə edəcəklər.
Qeyd edək ki, “New Generation” layihəsi 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.
Araz.az
araz.az xəbər portalı.