Tarix gec-tez həqiqətləri üzə çıxarır. Zamanın sürət girdabında ilişib qalmış bütün reallıqlar günün birində üzə çıxır… Elə 1988-ci il fevralın 27-si və 28-də Sumqayıtda törədilmiş qanlı hadisələr də bu timsaldadır…

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilovun təşkilatçılığı ilə BAMF-nun ofisində sonuncu etnik təmizləmə və Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədova həsr edilmiş tədbir keçirildi. Bu barədə araz.az-a daxil olan məlumata görə, tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və mərhum Əhmədovun qardaşları iştirak edirdilər.

Hüquqşünas Səməd Vəkilov Əhməd Əhmədovun keçməkeşli həyatından, vətənpərvərliyindən söhbət açaraq bildirdi ki, cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1988-ci il fevralın 27-si və 28-də Sumqayıtda baş vermiş hadisələrin istintaq işlərinin yenidən araşdırılması ilə bağlı göztərişinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğunda sözügedən cinayət işinin icraatı təzələnmişdir. Səməd Vəkilov Əhməd Əhmədovun məzarının geri alınması ilə bağlı məsələnin də diqqətdə saxlanılacağını bildirdi.
Ələsgər Nağıyev qardaşı qızı Mahirə xanımla ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Huseynova sonuncu etnik münaqişə zəminində baş vermiş Sumqayıt hadisələrindən, bu hadisələr fonunda Dərələyəz mahalından insanların erməni separatçıları tərəfindən necə çıxarılmasından, əmisi Ələsgər Nağiyevin çeçen komandirinin dəstəyi ilə, böyük fədakarlıqla, əhalinin təhlükəsiz şəraitdə çıxarılaraq Naxçıvanın Çalxanqala kəndinə köçürülməsinə yardım etməsindən danışdı.
Professor Mahirə Hüseynova həmçinin Əhməd Əhmədovun nəşinin Azərbaycana qaytarılması və ona bəraət verilməsinin vacibliyini də vurğuladı. Qeyd etdi ki, Sumqayıt təxribatının fəal icraçılarından biri 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında ermənidir. Çünki hadisələr zamanı öldürülən 26 erməninin 6 nəfərini məhz o öldürüb. Hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyaya nümayiş etdirilməsi haqqında danışdı.
Tədbirdə Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədov vurğuladı ki, Sumqayıt hadisələrinin təşkilatçıları ermənilər olmuşdur. Məmmədağa onu da bildirdi ki, günahsız yerə Əhməd Əhmədovu qurban seçdilər, lakin Əhməd məhkəmədə onları ifşa edərək günahsız olduğunu sübut etdi. Əhmədin onları ifşa etməsi isə ona həyatı bahasına başa gəldi. Əhməd Azərbaycanın Azadlığı yolunda qurban getdi.

Məmmədağa Əhmədov tədbiri təşkil etdikləri üçün MHM-nin sədri Səməd Vəkilova və professor Mahirə Hüseyovaya, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğluna, tədbirə ev sahibliyi edən BAMF rəhbəri Umud Mirzəyevə öz minnətdarlığını bildirdi.

Qərbi Azərbaycan Dərələyəz mahalı Paşalı icmasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev bildirdi ki, Sumqayıt hadisələri zamanı Dərələyəzdə dogma Gomur kəndində Sumqayıt da guya ermənilərə qarşı soyqırımı olduğunu və bizi burada böyük təhlükələrin gözlədiyindən həyəcanlı anlar yaşadıqlarını söylədi.
Keşkənd İcmasının sədr müavini, şair Məhəmməd Rəsuloğlu sonuncu etnik təmizləmənin hər birimiz öz taleyimizdə yaşadığımızı bu hadisələrin ciddi tədqiq edilməyə ehtiyacı olduğunu vurğuladı.

Sonra söz “Bütöv Azərbaycan” qəzetinin Baş redaktoru Tamxil Ziyəddinoğluna verildi. Tamxil müəllim Sumqayıt hadisələri haqqında geniş danışdı və bildirdi ki, 200 ildən artıqdır ermənilər Azərbaycan türklərinə qarşı soyqırımı törədirlər. Ermənilərin yaxın keçmişmizdə törətdikləri Xocalı soyqırımını unutmaq olmaz. Xocalı faciəsində 613 nəfər yox, 3813 nəfər qətlə yetirilib. Bu barədə erməni mənbələri məlumat verirlər. Erməni yazıçısı Daud Xeyriyan 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında yazır: “Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə etdi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tamam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim. Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur – red.) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı…”.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədova bildirdi ki, qardaşınızın qəbrinin olmamasına görə heç vaxt məyus olmayın. Əhmədin məzarı yüz minlərlə azərbaycanlının qəlbindədir. Biz hamımız yaxşı bilirik ki, Əhməd günahsız həbs edilib və güllələnib. Sumqayıtda təxribatı törədənlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, erməni kəşfiyyat orqanları və Daşnak partiyasının ekstremist qrupları idi. Maraqlı burasındadır ki, Sumqayıtda baş verən hadisələrdən bir neçə gün əvvəl Moskvadan SSRİ DTK-nin 36 nəfər əməkdaşı gəlmişdi. Yerli agenturanın verdiyi məlumata görə, Sumqayıtda iğtişaşlar törətmək üçün şəhərə erməni millətindən olan ekstremist qrupları daxil olmaqda idi.
Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov bildirdi ki, Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş ermənilərdən istifadə etmişdilər. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində, erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir. Həmin vaxtlar ixtişaşlar nəticəsində erməni evləri dağıdılmış, onlarla adam yaralanmış, 32 nəfər, o cümlədən, 26 erməni, 5 azərbaycan türkü, 1 ləzgi öldürülmüşdür. O da məlumdur ki, öldürülən ermənilərin demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkbər Bağırov tədbirin əhəmiyyətindən danışaraq qan yaddaşımızda mühüm yer tutan Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədovun məhkəmə də özünü məgrur bir azərbaycanlı kimi aparmasından, erməniləri ifşa etməsindən danışdı.
Dərələyəz icmasının üzvü, ehtiyatda olan mayor Telman İbrahimov Ələyəz kəndində 1988-ci ilin soyuq qış aylarında baş vermis faciəvi hadisələrdən danışdı. Onun vətənə həsr edilmiş şeiri tədbir iştirakçılarının marağına səbəb oldu.

Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu qeyd etdi ki, tarixmizdə xüsusi yer tutmuş Türkmənçay və Gülüstan müaqvilələri ciddi tədqiq edilməlidir.
Diaspor nümayəndəsi Şahin Əmirxanov tədbirin vacibliyini vurğulayaraq, hazırda çeçen və azərbaycan xalqları arasında təxribat törətməyə yönəlik pozucu fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdıraraq belə məslələrdə həsaslıq nümayiş etdirnməyin vacibliyini vurğuladı.
Tədbirdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşı, Keşkənd İcmasının sədr müavini, Çivə kənd icmasının rəhbəri Möhübbət Səmədoğlu Azərbaycan istiqlal hərakatının mühüm səhifələrindən olan Meydan hadisələri zamanı Əhməd Əhmədovun müdafiəsi ilə bağlı Azadlıq meydanındakı coşğunu indi kimi xatırladığını qey etdi.
Tədbirdə Çivə icmasının üzvləri Namiq və Səltənət İmanquliyevlər, İlyas Vəkilov, Dərələyəz icmasının üzvü Ləman Qəhrəmanova, Dərələyəz icmasının üvü, ictimai fəal Anar Məmmədov, AMEA-nın Rəyasət Heyətinin əməkdaşı Elnur Eltürk, Dərələyəz icmasının üvü, ictimai fəal Səməd Məmmədov, BAMF-nin əməkdaşları Aqil Bayramov və Nizami Şəfiyev, Əhməd Əhmədovun qardaşı Möhübbət Əhmədov, İTV-nin yayım şurasının üzvü, folklorşünas Sevil Yusifova, Texnologiya Universitetinin tələbəsi, ictimai fəal Fidan Hüseynzadə, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov, ADPU filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, Qida mühəndisi Mahmud Mahmudov, Sumqayıt hadisələri zamanı xidmətdə olmuş, Qarabağ müharibəsi iştirakçısı Yaşar Vəkilov, “Bütöv Azərbaycan” qəzetinin şöbə müdiri, yazıçı Hüseyn İsaoğlu, şair Avdı Qoşqar, fotoqraf Rahim Qədimov da iştirak edirdilər. Onlar da Sumqayıt hadisələrində nahaq yerə təqsirləndirilmiş və güllələnməyə məruz qalmış Əhməd Əhmədovun taleyinə acıdılar, ermənilərə kəskin nifrət hissi bildirdilər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev də bu cür tədbirlər üçün ev sahibliyi etməyi özünün mənəvi borcu bildiyini söylədi:“Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyətli tədbirlər üçün qapılarımız ictimaiyyətin üzünə həmişə açıqdır”, — dedi.

Butov.az











araz.az xəbər portalı.