Qeyd edək ki, nizamnamə kapitalı 747,700 manat olan “Mars-A” MMC-nin qanuni təmsilçisi Kişiyev Eldəniz Firudin oğlu göstərilir. Şirkətin ilk qanuni təmsilçisi Yaqubov Elçin Səfər oğlu, daha sonra Kazımov Rəhmət Kazım oğlu olub. Şirkətin rəsmi veb səhfəsində qeyd edilir ki, “Mars-A” MMC Azərbaycanda metal istehsalı və satışı üzrə lider şirkətlərdən biridir. Şirkət qara metal bazarında 20003-ci ildən fəaliyyət göstərir. Sosial şəbəkələrdə şirkətin sahiblərinin Rəhmət Kazımov, Nazim Möhsümov və Məmməd Möhsümov olduğu deyilir.
araz.az bildirir ki, məsələ ilə bağlı qaynarinfo “Mars-A” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bu barədə məlumat verə bilməyəcəklərini bildiriblər. Sayt adından hadisə ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanlayıb.
araz.az xəbər portalı.