ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu gün Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
araz.az xəbər verir ki, bu barədə səfirlik sosial media hesabında açıqlama və foto paylaşıb: “Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”.
araz.az xəbər portalı.