Sentyabrın 27-də, Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər Parkında olub. Qurumdan araz.az-a daxil olan məlumata görə, Agentliyin rəisi, general-mayor İlqar Abbasov və şəxsi heyəti xatirə daşının önünə gül dəstələri düzərək, Vətənimiz Azərbaycan uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

araz.az xəbər portalı.