“AzerGold” QSC tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı Daşkəsən rayonunda qeydiyyatda olan 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər ziyarət edilib.
Tədbirlə bağlı Cəmiyyətdən araz.az-a verilən məlumatda deyilir ki, bu ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələri və sağlamlığını itirmiş vətəndaşlarımızın daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.
Anım Günü ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələri və qazilərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində hasilat fəaliyyəti göstərdiyi bölgədə mütəmadi icra edilən bu tip aksiyalar dövlət tərəfindən şəhid ailələri və qazilərin sosial müdafiəsinə göstərilən hərtərəfli diqqət və qayğıya əlavə dəstək xarakteri daşıyır.

araz.az xəbər portalı.