ABŞ-da fast food maqnatı Maykl Espositonun evində dayə işləyən qadın otağındakı kameralardan xəbəri olmadığı üçün 2,78 milyon dollar təzminat tələb edib. araz.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə “The New Post” məlumat yayıb.

Məhkəmə sənədlərinə görə, 2021-ci ildə 25 yaşlı kolumbiyalı Kelli Andrade bir sahibkar və həyat yoldaşının yanında işə düzəlib. O, cütlüyün evində yaşayıb və onların dörd uşağına baxıb.
Andradenin dediyinə görə, o, öz otağında kameranı görüb, ev sahibi isə israrla onun tavanda asılan tüstü detektoru olduğunu bildirib. İlk iş günündən üç həftə sonra dayə “tüstü detektoru”na daha yaxından baxıb və yaddaş qurğusu olan gizli kamera aşkar edib. Yaddaş kartında dayənin çox sayda görüntüsü olub, onlardan bəziləri olduqca açıq-saçıqdır.
Qadın kameranı aşkar etdikdən bir neçə dəqiqə sonra müdiri evə gəlib və onun otağını döyməyə başlayıb. Dayə özünü yatmış kimi göstərməyə çalışsa da, kişi içəri girməkdən əl çəkməyib və qapını sındırmağa çalışıb. Nəticədə qadın pəncərədən qaçmağa məcbur olub. İttiham tərəfinin vəkili qeyd edib ki, müdafiə etdiyi şəxs birinci gecə kolluqda yatıb və yalnız bundan sonra polisə müraciət edib.
Dayənin vəkili işəgötürəninin həbs edib. İş adamı hər şeyi etiraf edib. Lakin o, “qanunsuz izləmə” maddəsi ilə deyil, “qanunsuz izləməyə cəhd”ə görə məhkum edilib. Birinci halda onu 4 həbs cəzası ala bilərdi. İndi isə ona iki il sınaq müddəti tətbiq olumaqla şərti iş kəsilib və psixoloq yanına getməsi tələb olunub. Esposito həmçinin keçmiş işçisinə 2,78 milyon dollar təzminat ödəməlidir.
Qadın hökmdən narazı qalıb. Onun sözlərinə görə, bu vəziyyət onun dərin psixoloji sarsıntısına səbəb olub.
“Bu kifayət deyil. Mən çox qəzəbliyəm. Bu adamın öz əməlləri ilə mənə vurduğu ziyan qaytarılmazdır”, — deyə, ittiham tərəfi prokuror və andlılar kollegiyasının hökmünü şərh edib.

araz.az xəbər portalı.