İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Mehdi Məhəmmədəli oğlu Fərzəliyevdir.

Şirkət dövlət satınalmalarında fəal iştirak edir və daha çox yerli icra hakimiyyətlərinin keçiridyi tenderlərin qalibi olur.

“Koneks Construction” MMC-nin geyimlə bağlı tenderlərin qalibi seçilməsi şirkət haqqında müəyyən şübhələrə səbəb olub. Medianın yazdığına görə, şirkət tender əməliyyatlarında iştirak üçün yaradılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur. O, 2014-cü ildən rayona rəhbərlik edir. Müstəqim Məmmədovun icra başçısı kimi karyerası isə 2012-ci ildən başlayır. O, həmin il Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Müstəqim Məmmədov mətbuatda ən çox tənqid edilən icra başçılarındandır.

 

araz.az xəbər portalı.