Şəmsəddin ƏLİYEV: “Bu məsələnin sosial şəbəkələrdə və mətbuatda müzakirəsi qeyri-etikdir. Hakimin qanuna zidd fəaliyyəti varsa, Məhkəmə — Hüquq Surasına şikayət verilə bilər”
Sosial şəbəkələrdəki və xəbər portallarındakı yazılardan da məlum olur ki, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamının — İsfəndiyar Axundovun şəhid polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı mülki iddia tələbi — əmlakın alınması ilə bağlı məsələ ciddi ictimai narazılıqlarla qarşılanıb. Birinci instansiya məhkəməsindən Ali Məhkəməyədək davam edən proseslərdə şəhid ailəsinə məxsus evin iş adamına verilməsi ciddi ictimai qınağa çevrilib. Ali Məhkəmə hakimi Əsəd Mirzəyevin qəbul etdiyi son sənəd də müzakirə obyektidir. Məsələ ilə bağlı tanınmış hüquqşünas Şəmsəddin Əliyevin “Bakı Xəbər qəzetinə verdiyi açıqlamanın bir az da geniş şərhinə ehtiyac duyduq.
araz.az-a da açıqlama verən Səmsəddin Əliyev qeyd etdi ki, sözügedən məsələdə Ali Məhkəmənin hakimi Əsəd Mirzəyevin qüvvədə olan Mülki — Hüquq, Mülki — Prosessual qanunvericiliyinə, hüquqi düşüncəyə, məhkəmələr və hakimlər haqqında qanunun tələblərinə, habelə uzun illər ərzində toplandığı təcrübəyə uyğun qəbul etdiyi qərar ictimai müzakirənin predmetinə çevrilə bilməz: “Hakim həmin aktı Azərbaycan Respublikasının — dövlətimizin adından qəbul etdiyinə görə və əgər hüquqi qüvvəsini almışsa, deməli, həmin qərardan şikayət verilmədiyindən, o, artıq qüvvədədir, Onun müzakirəsinə heç bir lüzum yoxdur.
Məsələnin digər tərəfi, hakimin məsələ ilə bağlı hər hansı bir açıqlama verməməsi ilə bağlıdır. Qanuni qüvvəsini almış məhkəmə aktının məzmununa və nəticəvi hissəsinə dair hər hansı bir hakim müsahibəsinə prosesual ehtiyac qalmır. Digər tərəfdən, hüquqşünas olmayan mətbuat işçisi məsələyə aid şərh verən hakimin dediklərini təhrif edə bildiyindən, — ehtimal edilir, — qeyri-ciddi ifadələrə görə, bunun məsuliyyəti hakimin üzərində qalır. Normativ hüquqi aktlar, ümumiyyətlə, hakimin vətəndaşlarla görüşünü (korrupsiya əlaməti kimi qəbul edildiyindən) qadağan edir. Vətəndaşlar məhkəmə sədrinin qəbuluna gəlib, müraciətlərini edə bilərlər.
Amma, prosesin gedişindən və hakimin hərəkətlərindən narazılıq təzahürlərini aradan qaldırmaq üçün, “etirazlar” və instansiyalar üzrə şikayətlərin verilməsinə qanunvericilik imkan verir. Bu mənada, hakimlə görüşməyi məhkəmə sədri məsləhət görmür. “Şəhid ailəsini tikinti şirkətinin mənafeyinə qurban verən hakim”, — deyib, Əsəd Mirzəliyevi açıqlama verməyə dəvət etməyin özü də, heç bir qanun çərçivəsinə sığmır. Ona görə də, məsələnin sosial şəbəkələrdə və mətbuatda müzakirəsi qeyri-etikdir. Hakimin qanuna zidd fəaliyyəti varsa, Məhkəmə — Hüquq Şurasına şikayət verilə bilər”.
araz.az.
araz.az xəbər portalı.