Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
KİVDF-dən Modern.az-a verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası gündəliyinə daxil edilmiş Fondun 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi barədə məlumat verib.
Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib. V. Səfərli qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir. İcraçı direktor bildirib ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur. II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır. III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.
V. Səfərlivurğulayıb ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur. İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə bölgüsü həyata keçirilib.
Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlər
I kateqoriya – Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan)
ictimai-siyasi qəzetlər
№ | Qəzetin Adı | Ayrılmış vəsait
(manatla) |
1. | “Bakı-Xəbər” qəzeti |
20000 |
2. | “Kaspi” qəzeti |
20000 |
3. | “Yeni Müsavat” qəzeti |
20000 |
4. | “Səs” qəzeti |
20000 |
5. | “Yeni Azərbaycan” qəzeti |
20000 |
6. | “Mövqe” qəzeti |
20000 |
7. | “Kaspiy” qəzeti |
20000 |
II kateqoriya – Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan)
ictimai-siyasi qəzetlər
№ | Qəzetin Adı | Ayrılmış vəsait
(manatla) |
1. | “Həftə İçi” qəzeti |
10000 |
2. | “Novoye Vremya” qəzeti |
10000 |
3. | “Azernews” qəzeti |
10000 |
4. | “525-ci qəzet” |
10000 |
5. | “Xalq Cəbhəsi” qəzeti |
10000 |
6. | “Paralel” qəzeti |
10000 |
7. | “Hürriyyət” |
10000 |
8. | “Olaylar” qəzeti |
10000 |
9. | “Palitra” qəzeti |
10000 |
10. | “Ədalət” qəzeti |
10000 |
11. | “Üç nöqtə” qəzeti |
10000 |
12. | “Azad Azərbaycan” qəzeti |
10000 |
13. | “Şərq” qəzeti |
10000 |
III kateqoriya – Həftəlik ictimai-siyasi qəzetlər
№ | Qəzetin Adı | Ayrılmış vəsait
(manatla) |
1. | “Oxu Məni” qəzeti |
5000 |
2. | “Unikal” qəzeti |
5000 |
3. | “Hərbi And” qəzeti |
5000 |
4. | “Türküstan” qəzeti |
5000 |
5. | “The Business Times” qəzeti |
5000 |
araz.az xəbər portalı.